Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü


Digərləri 24 Avq 2019 11:04:00 187 0

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a bildiriblər ki, hadisə nəticəsində rayonun Təpəcənnət kəndində dağlıq ərazidə 200 hektar sahədə kol-kos və quru ot yanıb.

Yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.