Qonşu ölkədə meyvə-tərəvəzin qiyməti qalxıb


Digərləri 24 Avq 2019 11:06:37 243 0

Qonşu ölkədə meyvə-tərəvəzin qiyməti qalxıb

İranda meyvə-tərəvəzin qiyməti artıb

Bakı. Elnur Bağışov - İran paytaxtı Tehranda meyvə tərəvəzin elan olunan qiymətlərinə əsasən, meyvə-tərəvəz bazarlarında 1 qutu ananasın (6-8 ədəd) qiyməti təxminən 500 min rial (rəsmi məzənnə 11,9, qara bazar 4,2 dollar) bahalaşaraq 1,6-2,4 milyon rial (rəsmi məzənnə 38-57, qara bazar 13,6-20 dollar) arasında satılır. Trend-in məlumatına görə, bunu Tehranın Meyvə-Tərəvəz Mərkəzi Bazarı Birliyinin sədri Əsədulla Kargər deyib. Ə.Kargərin sözlərinə görə, hər 1 kq zoğalın qiyməti 120-200 riala (rəsmi məzənnə 2,85-4,76, qara bazar 1-1,7 dollar) satılır. Aşağıdakı cədvəldə Tehran bazarındakı bəzi məhsulların qiymətləri qeyd olunub: Məhsul Çəki Qiymət (rialla) Ananas 1 qutu (6-8 ədəd) 1,2-2,4 milyon Zoğal 1 kq 120-200 min Tüksüz şaftalı 1 kq 60-110 min Banan 1 kq 100-120 min Gilas 1 kq 160-240 min Qırmızı kələm 1 kq 15-30 min Limon 1 kq 70-120 min