Emine Bulutu vəhşicəsinə qətlə yetirən keçmiş ərini məhbuslar ölümcül döydülər


Dünya 24 Avq 2019 10:54:00 195 0

Emine Bulutu vəhşicəsinə qətlə yetirən keçmiş ərini məhbuslar ölümcül döydülər

Türkiyəni dəhşətə gətirən və insanları qəzəbləndirən qatil həbs edilib.

Son.az baku.ws-ə istinadən bildirir ki, Kırıkkale bölgəsində kafedə 38 yaşlı Emine Bulutu qətlə yetirən keçmiş həyat yoldaşı 43 yaşlı Fedai Baran həbs edilib.

Nəzarət məntəqəsində Fedai Baranın ölümcül döyüldüyü barədə məlumatlar da yayılıb. Bildirilir ki, onu bir neçə məhbus döyüb.

"Ölmək istəmirəm..." - Kafedə boğazından bıçaqlanan qadının son anları - VİDEO - FOTO Xatırladaq ki, Fedai Baran 10 yaşlı qızının gözü qarşısında keçmiş arvadını vəhşicəsinə qətlə yetirib. Onun boğazına bir neçə bıçaq zərbəsi vurub.

Daha sonra kafedən çıxan Fedai Baran uca səslə "bu fahişəni mən öldürdüm", - deyərək ərazidən uzaqlaşıb. O, bir taksiyə minib. Sürücüyə isə "Heyvan kəsdim" deyib.

Qeyd edək ki, ötən gün Fedai Baran keçmiş həyat yoldaşının mobil nömrəsinə mesaj yazıb. O, qadına "gəl görüşək, qaranlıq məsələlərə aydınlıq gətirək" yazıb.

Daha sonra qadının telefonuna "səni öldürüb, gedib "paşa" kimi yataram. Eminə problem deyil", mesaj yazıb.

Görüşdükdə isə qızının yanında qadınla mübahisə edib. Övladının vəkaləti üstündə mübahisə edən cütlük kafedə münasibətləri həll etmək üçün oturublar.

Fedai Baran qadına sənin ailəni də öldürəcəm, atanı öldürəcəyəm deyib.

Qadınla razılığa gələ bilməyən Fedai Baran əlinə bıçaq alaraq övladının gözü qarşısında bu dəhşətli cinayəti törədib.

(adsgarden = window.adsgarden || []).push({});