Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı


Digərləri 24 Avq 2019 09:43:00 307 0

Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı

Rusiyanın məşhur azərbaycanlı aparıcısı Nailə Əsgər-zadə Moskva vilayətinin Rublyovka bölgəsindəki 45 milyon dollar dəyərində olan 43 min kv.m-lik torpaq sahəsini satıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcı bu qərara mülkü haqda KİV-də materialların dərc olunmasından sonra gəlib. Əsgər-zadənin torpaq sahəsini "Qodovari Development" kompaniyası alıb.

Xatırladaq ki, bir müddət əvvəl "Proyekt" nəşri N. Əsgər-zadənin 45 milyon dollar dəyərində 43 min kv.m-lik torpaq sahəsi aldığı haqda xəbər vermişdi. Aparıcı sahəyə ötən ilə sahiblənsə də, jurnalistlərə açıqlamasında həmin ərazinin ona məxsus olmadığını demişdi.

Qeyd edək ki, N. Əsgərzadə "Rossiya 1" telekanalında çalışır.

(adsgarden = window.adsgarden || []).push({});