Dünyanın ən varlı insanlarından biri vəfat etdi


Dünya 24 Avq 2019 09:37:00 305 0

Dünyanın ən varlı insanlarından biri vəfat etdi

Amerikalı sahibkar, milyarder və dünyanın ən varlı insanlarından biri olan Devid Kox 79 yaşında vəfat edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kox 1940-cı il mayın 3-də anadan olub.

Texnoloji təhsil alıb və qardaşı ilə birgə atasının "Koch Industries" firmasında karyera qurmağa başlayıb. Atanın ölümündən sonra Kox qardaşları neft emalına, gübrə, polimer istehsalına və digər sahələrə investisiya qoyaraq kompaniyanın fəaliyyət dairəsini xeyli genişləndiriblər.

Devid siyasi həyatda aktiv iştirak edib, müxtəlif aksiyaları maliyyələşdirib. 1980-ci ildə Libertarian partiyasından vitse-prezident postuna namizədliyini irəli sürüb.

(adsgarden = window.adsgarden || []).push({});