Göygöldə 6 ton ot bağlaması yanıb


Digərləri 24 Avq 2019 08:56:00 282 0

Göygöldə 6 ton ot bağlaması yanıb

Göygöl rayonunda yanğın olub.

Son.az Trend-ə istinadən bildirir ki, Göygöl rayonunun Yeni Qızılca kəndində həyətyanı ərazidə yığılan 6 ton ot bağlaması və yaxınlıqda dayanan "ЗИЛ" markalı, yük avtomobilinin banına yığılan 300 kq ot bağlaması və banı qismən yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.