Tunisdə prezidentliyə namizəd olan şəxs korrupsiyaya görə saxlanılıb


Dünya 24 Avq 2019 09:00:00 263 0

Tunisdə prezidentliyə namizəd olan şəxs korrupsiyaya görə saxlanılıb

Tunisdə prezidentliyə qeydə alınmış namizədlərdən biri Nabil Karavi avqustun 23-də paytaxtda korrupsiya ittihamı ilə saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Mosaique FM" radiostansiyası bildirib.

N.Karavi və onun qardaşı çirkli pulların yuyulmasında və vergidən yayınmaqda ittiham olunurlar.

Hazırda onlar İstintaq təcridxanasına köçürülüblər.