Kvant interneti üçün ilk protokol yaradılıb


Digərləri 24 Avq 2019 08:01:00 328 0

Kvant interneti üçün ilk protokol yaradılıb

Niderlandın "QuTech" tədqiqat mərkəzi kvant internetinin yaradılması məqsədilə yeni texnologiya təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, tədqiqatçılar qrupunun rəhbəri Stefani Venerin sözlərinə görə, alimlər qrupu kavant internet konsepsiyası və onun tələblərinə uyğun protokol hazırlamağa nail olub - mövcud analoqlardan kvant fizikası dünyasında istifadə etmək mümkün deyil. Məsələn, kubitlər qurğunun yaddaşında uzun müddət saxlanıla bilməz, bu səbəbdən onların emalı yüksək sürətlə həyata keçirilməlidir. Bundan başqa, kvant bitləri dolaşaraq ənənəvi siqnalların ötürüldüyü şəkildən fərqlənən rabitə üsulu yarada bilər.

Bildirilir ki, dolaşıqlıq fenomeni kvant internetinin əsasını formalaşdırır. Elementar hissəciklər dolaşan zaman dünyada heç nə bu rabitəyə müdaxilə edə bilməz. Bu, məsələn, internet bağlantısında misli görünməmiş təhlükəsizlik səviyyəsini təmin edir. Belə ki, iki istifadəçi arasında siqnalı ələ keçirmək qeyri-mümkündür. Bundan əlavə, bu rabitə daha yaxşı sinxronlaşdırmanı təmin edir. Məsələn, bu, bir-birindən uzaq çoxlu teleskopu bir böyük teleskopda birləşdirməyə imkan verəcək.

Mütəxəssislərin sözlərinə görə, protokol müxtəlif tip kvant avadanlıqları ilə uyğunluq təşkil edir.

(adsgarden = window.adsgarden || []).push({});