Tunisdə prezidentliyə namizəd olan şəxs korrupsiyaya görə saxlanılıb


Digərləri 24 Avq 2019 02:30:00 226 0

Tunisdə prezidentliyə  namizəd olan şəxs korrupsiyaya görə saxlanılıb

Tunisdə prezidentliyə qeydə alınmış namizədlərdən biri Nabil Karavi avqustun 23-də paytaxtda korrupsiya ittihamı ilə saxlanılıb

Bakı. Trend Tunisdə prezidentliyə qeydə alınmış namizədlərdən biri Nabil Karavi avqustun 23-də paytaxtda korrupsiya ittihamı ilə saxlanılıb. Trend-in məlumatına görə, bu barədə "Mosaique FM" radiostansiyası bildirib. N.Karavi və onun qardaşı çirkli pulların yuyulmasında və vergidən yayınmaqda ittiham olunurlar.