“İt gəzdirən xanım” tamaşası yenidən nümayiş olunacaq


Digərləri 23 Avq 2019 23:59:40 226 0

“İt gəzdirən xanım” tamaşası yenidən nümayiş olunacaq

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşalardan olan “İt gəzdirən xanım”ı təqdim edəcək.

Bakı. Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşalardan olan “İt gəzdirən xanım”ı təqdim edəcək. Trend-in məlumatına görə, A.P.Çexovun eyniadlı hekayəsi əsasında hazırlanan səhnə əsəri sentyabrın 26-da tamaşaçıların ixtiyarına veriləcək. Leyla Atayevanın quruluşunda baxılacaq tamaşada rəsmlərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Səhnə əsərində rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.