Azərbaycan nefti ucuzlaşıb


Digərləri 23 Avq 2019 23:40:00 219 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 22-də 63,12 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 22-də 63,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,94 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel azdır.