Artıq çəkinizdən yeyərək xilas olun DADLI RESEPT


Digərləri 23 Avq 2019 23:39:00 224 0

Artıq çəkinizdən yeyərək xilas olun  DADLI RESEPT

Arıqlamaq üçün duzsuz, dadsız yeməklər yemək məcburiyyətində deyilsiniz.

Son.az medicina.az-a istinadən bildirir ki, sağlam pəhrizlə də artıq çəkilərinizdən azad ola bilərsiniz. Önəmli olan iradəli və güclü olmaqdır.

Ərzaqlar   150 qram toyuğun döş əti 1 ədəd balqabaq 1/2 ədəd pomidor 100 qram brokkoli 40 qram kök 1/2 soğan 2 xörək qaşığı qatıq 50 qram pendir Duz İstiot

Necə hazırlanır? 1. Balqabağı yuyun. İki yerə bölün. Səliqəli şəkildə içini təmizləyib, duz və istiot vurun. 2. Tərəvəzləri yuyun və hamısını kvadrat formasında doğrayın. 3. Toyuğun döş ətini də kvadrat formasında doğrayın. 4. Pendiri rəndədən keçirin. 5. Yağı tavaya qoyun. Tərəvəzləri, toyuğun döş ətini qarışdırıb yağda 7-8 dəqiqə bişirin. 6. Hazır olan içliyi bir qaba tökün və üzərinə qatıq əlavə edib diqqətlə qarışdırın. 7. İçliyi balqabağın içinə doldurun üzərinə pendiri əlavə edin. 8. Sobada 180 dərəcədə 40 dəqiqə bişirin.

(adsgarden = window.adsgarden || []).push({});