Cift nədir? Quruluş, funksiyalar, pozulmalar


Digərləri 23 Avq 2019 23:30:00 234 0

Cift nədir?  Quruluş, funksiyalar, pozulmalar

Son.az saglamolun.az-a istinadən mama-ginekoloq Nüşabə Əlişovanın yazısını təqdim edir.

Cift dölün ana bətninə düşən anından inkişaf etməyə başlayan və hamiləliyin 20-ci həftəsində inkişafını və böyüməsini tamamlayan, dördüncü ayından başlayaraq hamiləliyi qoruyan hormonunu ifraz edən orqandır. 

Cift dölün qidalanmasını, maddələr mübadiləsini, oksigenlə təmin edilməsini, ağciyərin, böyrəklərin, qaraciyərin funksiyasını icra edən, dölün qanını ananın qanına qarışmasının qarşısını alan, döl doğulduqdan sonra uşaqlıqdan xaric edilən və bununla öz funksiyasını dayandıran mükəmməl bir sistemdir.

Cift göbəkciyə vasitəsi ilə dölə birləşmiş olur. 2 vena və 1 arteriyadan ibarət ciyə dölə lazım olan  maddələri ötürür. Döl doğumdan 5 dəq. sonra ciftən ayrılır.

Cift 2 üzdən ibarətdir - ana və döl sahələri. Ana sahəsi uşaqlığa bitişir, kələ-kötür olur. Döl sahəsi isə uşaq tərəfə baxan və hamar olur. Qalınlığı 2,5-3 sm, ümumi sahəsi 20 sm, cəkisi 550 qr ola bilir.  Göbəkciyəsinin uzunluğu 50 sm olur. Dölə hər hansı bir maneçilik törətməyən cift uşaqlığın divarında özünə yer edir, uşaqlıq divarına yapışır və beləliklə "ana-cift-döl" sistemi yaranır.

Çox mürəkkəb funksiyaları icra edən cift sağlam dölün böyüməsində olduqca böyük rol oynayır. Döl öz inkişafını tamamlayana qədər cift ona tam dəstəyi verir.

Ciftlə bağlı tez-tez müxtəlif suallar ortaya cıxır. Belə suallar hamiləlik müddətində müşahidə olunan qanaxmalardan sonra yaranır.

Bu qanaxmalar ciftin uşaqlıq divarından ayrılması nəticəsində olur. Cift öz növbəsində mərkəzdən və ya kənarından ayrıla bilər. Biz hamilələrdə qanaxmanı yalnız ciftin kənardan ayrılması nəticəsində görə bilərik. Mərkəzdən ayrılan cift yalnız USM müayinəsində izləyə bilirik. Qadın küt ağrı, dölün zəif tərpənməsi şikayətləri ilə müraciət edə bilər.

Ciftin ayrılması hamiləlikdən öncə keçirdiyi qinekoloji xəstəliklər, endokrin pozulmalar, oncədən kecirmiş qinekoloji əməliyatlar nəticəsində ola bilər. Ən çox rast gəlinən hipertenziv xəstəliklər və preeklampsiyası olan qadınlarda müşahidə etmək olar. Yaşı 18-dən az, 35-dən cox qadınlar risk qrupuna aiddir.

Mərkəzdən az bir sahədə qopma müşahidə edilirsə, konservativ müalicə ilə fəsadsız hamiləliyi sona catdırmaq olur. Əgər sahə iri olarsa, döldə qidalanma pozular, oksigen catışmazlığı nəticəsində hipoksiya yaranar. Hamiləliyin müddətindən asılı olaraq qadın təcili doğuşa və ya kesar kəsiyi əməliyyatına alına bilər. Hamiləliyin müddəti doğuşa və kesar əməliyyatına uyğun olmazsa, dölə distress profilaktikası aparılacaq, dölün ağciyərləri dərman vasitəsi ilə yetişdirildikdən sonra vaxtında əvvəl doğuşa və K/K əməliyatına götürülür.

Digər  patologiyalar ciftin yerləşməsi və bitişməsi ilə əlaqəlidir. Hamiləlikdən öncə uşaqlıqda olan çapıqlar, iltihabi xəstəliklər nəticəsində cift uşaqlıq boynuna yaxın (tam və hissəvi) yerləşə bilir. Bu öz növbəsində doğuşun normal keçməsinə maneələr yaradır.

(adsgarden = window.adsgarden || []).push({});