Ən çox qida zəhərlənməsi baş verən məşhur istirahət mərkəzləri


Digərləri 23 Avq 2019 22:10:00 259 0

Ən çox qida zəhərlənməsi baş verən məşhur istirahət mərkəzləri

İngiltərə mediası turistlərin ən çox qida zəhərlənməsi hallarının müşahidə olunduğu ən pis istirahət mərkəzlərinin adlarını açıqlayıb.

Son.az medicina.az-a istinadən bildirir ki, siyahıya Misirin məşhur Hurqad şəhəri başçılıq edir. 

"Sick Holiday" araşdırma şirkətinin və "YorkTest" laboratoriyasının araşdırmalarına görə, 2017-ci ilin əvvəlindən bu yana Hurqadda 380 turist qida zəhərlənməsilə üzləşib. 

Anti-reytinqin növbəti pilləsində Dominikan Respublikasındakı "Punta-Kana" qərarlaşıb. Orada isə 211 nəfər zəhərlənib.

İlk üçlüyə məşhur "Playa-del Karmen" istirahət guşəsinin daxil olduğu Meksikadakı Riviera-Maya sahilləri daxildir. Burada 182 nəfərdə xəstələnmə qeydə alınıb.

(adsgarden = window.adsgarden || []).push({});