10 yaşlı uşağı it dişlədi


Digərləri 23 Avq 2019 22:15:00 223 0

10 yaşlı uşağı it dişlədi

Qaxda küçədə oynayan azyaşlıya it hücum edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonunun Ağçay kəndində baş verib.

Belə ki, kənd sakini 2009-cu il təvəllüdlü İsmayılzadə Musa Atəş oğlu küçədə oynayarkən ona it hücum edib və sol qolundan dişləyib. Yaralını valideyinləri Qax rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, onun yarası yuyulub, sarınıb və quduzluq əleyhinə peyvənd olunub.

Yaralıya tibbi yardım göstərildikdən sonra amblator müalicə almaq üçün evə buraxılıb.