8 min manata yaxın pul və qızıl əşyalar oğurlayan Masallı sakini ələ keçdi


Digərləri 23 Avq 2019 22:02:00 198 0

8 min manata yaxın pul və qızıl əşyalar oğurlayan Masallı sakini ələ keçdi

Masallı rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən M.Səlimov saxlanılıb.

Bakı. Samir Əli - Masallı rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən M.Səlimov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki evlərin birindən 7100 manat və 220 avro pul, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qızılağac kənd sakini M.Səlimov saxlanılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin