Azərbaycanda toyda bıçaqlanma


Kriminal 23 Avq 2019 21:10:00 235 0

Azərbaycanda toyda bıçaqlanma

Şəkidə keçirilən toyda bıçaqlanma hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Şəkinin Üzümçülük savxozunda qeydə alınıb.

Belə ki, İsmayıllı sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Şükran Sahib oğlu Şəkinin Üzümcülük sovxozuna toya gəlib və orada münaqişə zamanı bıçaqlanıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hazırda onun üzərində cərrahiyə əməliyatı aparılır.