Arvadını öldürüb, hissələrə ayırdı,


Dünya 23 Avq 2019 20:55:00 237 0

Arvadını öldürüb, hissələrə ayırdı,

Türkiyədə dəhşətli cinayətin detalları bəlli olub. 

Son.az news24.az-a istinadən bildirir ki, hadisə 2018-ci ilin noyabr ayında baş verib. Həyat yoldaşını evlilik ildönümünü qeyd etmək üçün evə çağıran Mustafa Ertükoğlu onun gözlərini bağlayaraq yataq otağına aparıb. Orada isə onun başını kəsib. Bir neçə dəqiqə sonra Cemile Ertükoğlunun öldüyünü görən qatil ər onun bədənini hissələrə ayırıb. Daha sonra isə yaxınlıqdakı mağazadan aldığı ət maşınından keçirib. 

M.Ertükoğlu cəsədi evdə qoyaraq övladını məktəbdən götürdüyünü, onunla parkda gəzdikdən sonra qonşuda çay içdiyini bildirib. Axşam saatlarında evə gələrək övladını yatıran ata, cəsədi parçalamağa davam edib.  İşini bitirən qatil ər, parçalanmış bədəni şəhərin müxtəlif yerlərinə tullayıb. Daha sonra isə polisə gedərək həyat yoldaşının itkin düşməsi ilə bağlı müraciət edib.