Xəfiyyələr Maykl Ceksonla bağlı bunları ilk dəfə ÜZƏ ÇIXARDI


Dünya 23 Avq 2019 19:59:00 373 0

Xəfiyyələr Maykl Ceksonla bağlı bunları ilk dəfə ÜZƏ ÇIXARDI

Dünya musiqisinin əfsanəsi Maykl Ceksonun ölümündən 10 il keçsə də haqqında müzakirələr səngimir.

Son.az publika.az-a istinadən bildirir ki, bir ay öncə pop-kral haqda yayımlanan sənədli filmdə cəsədi üzərində aparılan ekspertizanın cavabları da ilk dəfə yer alıb. Filmdə Ceksonun əslində keçəl olduğu, bədənindəki gizli döymələr və əməliyyat izləri haqda şok faktlar səslənib.

50 yaşlı musiqi əfsanəsi 2009-cu ildə yüksək dozada keyidici həb içib ürək tutmasından dünyasını dəyişmişdi. Dərmanları Ceksona həkimi Konrad Murey tövsiyə etmişdi. Cekson öləndən sonra həbs olunan həkim 4 ildən sonra azadlığa buraxılmışdı.

Bir müddət öncə isə 3 xəfiyyənin kral haqda araşdırması bütün qaranlıq məqamları işıq üzünə çıxarıb.

Məlum olub ki, müğənni son illər parikdə gəzib. Hətta başında bir neçə döymə etdirdiyi də nəzərdən qaçmayıb. Onlar Mayklın 1984-cü ildə çəkildiyi Pepsi reklamında başından yanıq zədəsi aldığını da bildiriblər.

(adsgarden = window.adsgarden || []).push({});