Smartfona görə anasını öldürən oğula 17 illik həbs


Kriminal 23 Avq 2019 19:29:00 228 0

Smartfona görə anasını öldürən oğula 17 illik həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə ittiham olunan Eldar Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Son.az-ın virtualaz.org-a istinadən məlumatına görə, prosesdə hökm oxunub. Hökmə görə, Eldar Müslümov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 18-də Nərimanov rayonu ərazisində baş verib. Mənzildə 66 yaşlı anası ilə mübahisə edən Eldar Müslümov münaqişə zamanı stulla Nailə Müslümovanın  sinəsinə vurub. Başı divara dəyən qadın yerə  yıxılıb.

Hadisədən sonra E.Müslümov mənzilin qapısını bağlayaraq qaçıb. O, bir sutka ərzində evə gəlməyib. Ertəsi gün evlərinə qayıdıb. Anasının yaşadığını düşünərək təcili yardım çağırıb. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü təsdiq ediblər. Məlum olub ki, ana ilə oğul arasında münaqişə smartfon telefon üstündə düşüb. E.Müslümov smartfon telefon almaq üçün anasından pul istəyib. Anası isə pul verməkdən imtina edib. Qəzəblənən oğul anasına əl qaldırıb, ona hücum çəkib.