İsveçrə şirkətləri Azərbaycana gəlir - Fındıq idxalı müzakirə ediləcək


Digərləri 23 Avq 2019 19:08:00 178 0

İsveçrə şirkətləri Azərbaycana gəlir - Fındıq idxalı müzakirə ediləcək

24-28 avqust tarixlərində İsveçrə şirkətləri Azərbaycanda səfərdə olacaq.

Bakı. 24-28 avqust tarixlərində İsveçrə şirkətləri Azərbaycanda səfərdə olacaq. Azərbaycanın İsveçrədəki səfirliyindən Trend-ə verilən məlumata görə, bu ölkənin fındıq idxalı üzrə fəaliyyət göstərən şirkətləri çoxsaylı görüşlər keçirəcək. Səfər zamanı İsveçrə şirkətləri azərbaycanlı tərəfdaşları ilə Azərbaycandan İsveçrəyə fındıq idxalı imkanlarını müzakirə edəcəklər. Nümayəndə heyətinin səfəri Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfirliyi və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə həyata keçiriləcək.