Manchester United itki ilə üzləşdi


İdman 23 Avq 2019 18:27:00 257 0

Manchester United itki ilə üzləşdi

Manchester United ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, müdafiəçi Dioqu Dalot zədələnib. Bu barədə Manchester United-in baş məşqçisi Ole-Qunnar Sulşer klubun saytına açıqlamasında deyib.

O, portuqaliyalı futboçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Qeyd edək ki, 20 yaşlı oyunçu ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində 25 matça çıxıb.