İstirahət günlərində səyahətə çıxanlar üçün


Digərləri 23 Avq 2019 17:45:00 216 0

İstirahət günlərində səyahətə çıxanlar üçün

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Son.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda  23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində isti və yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.