Mozaika muzeyini rekord sayda insan ziyarət edib


Digərləri 23 Avq 2019 17:14:00 188 0

Mozaika muzeyini rekord sayda insan ziyarət edib

Dünyanın ən böyük mozaika muzeylərindən olan Qaziantəpdəki Zeugma Mozaika Muzeyini cari ilin avqustun 20-dək 211 min 332 yerli və xarici turist ziyarət edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, muzeydə qaraçı qız, mars heykəli, ABŞ-dan gətirilən əsərlər, təxminən 150 kvadratmetrlik divar boyası, Roma çeşmələri, Fərat çayının sahilindəki mozaika və digər sərgilənən əsərlər gələnləri heyran edir.

Qısa müddət ərzində şəhərin rəmzinə çevrilən muzeyə ziyarətçilərin sayı gündən-günə artır. Açıldığı gündən indiyədək muzey təxminən 1,5 milyon insan ziyarət edib.

Muzeyinin rəhbəri Emine Öztürk deyib ki, bu il 1 milyon ziyarətçi hədəfləyirik. İnşallah ilin sonunda buna nail olacağıq. Sonrakı illərdə bu say artmağa davam edəcək. Zeugma, ziyarətçi sayı hər gün mütəmadi olaraq artan bir muzeydir.

(adsgarden = window.adsgarden || []).push({});