Putin onun barəsində film çəkmək planından xəbərsizdir


Digərləri 23 Avq 2019 17:04:00 207 0

Putin onun barəsində film çəkmək planından xəbərsizdir

Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın Channel 4 telekanalının onun barəsində üçhissəli sənədli film çəkmək planından bixəbərdir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dimitri Peskov jurnalistlərin suallarına cavab verərkən bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Channel 4 telekanalı Rusiya prezidenti barədə üçhissəli sənədli film çəkmək niyyətində olduğunu bildirib. Çəkilişlərin Rusiya, ABŞ, Avropa və Böyük Britaniyada aparılacağı gözlənilir. Filmin müəllifləri, həmçinin arxiv materiallardan istifadə etməyi və Vladimir Putinə yaxın insanlardan müsahibə götürməyi planlaşdırır.

(adsgarden = window.adsgarden || []).push({});