50 milyon dollarlıq toylar


Digərləri 23 Avq 2019 16:04:00 156 0

50 milyon dollarlıq toylar

Bu il Türkiyədə 20 hindistanlı toy məclisi qurub və bu toylara toplam 50 milyon dollar pul xərclənib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu maraqlı informasiyanı Türkiyədəki hind toylarını təşkil edən İnventum Global-ın nümayəndəsi Bünyad Özpak deyib.

Özpak əlavə edib ki, 2018-ci ildə Türkiyədə 13 hind toyu təşkil olunub: "Bu il artım qeydə alınıb. 20 toyun təşkili üçün 50 milyon dollar xərclənib. Bu maliyyə təyyarə, otel, yer xidməti, əyləncə və işıq effektlərinə xərclənib".

Mütəxəssis əlavə edib ki, hindlilər xaricdə toy təşkil üçün daha çox Tailand, Malayziya və Sinqapuru seçirlər: "Əgər biz özümüzü yaxşı ifadə edə bilsək, illik 20 deyil, 100 toyu təşkil edə bilərik. Toy üçün bir günə 500 min dollardan 100 milyon dollara qədər vəsait xərcləyən ailələr var. Maliyyənin üst limiti yoxdur. Hindistanda toy mərasimi önəmli yer tutur. Hind toyları üçün Hindistanda və xarici ölkələrdə ildə 40 milyard dollara qədər pul xərclənir".

(adsgarden = window.adsgarden || []).push({});