ABŞTürkiyə münasibətlərində son gərginlik:


Dünya 23 Avq 2019 16:29:00 190 0

ABŞTürkiyə münasibətlərində son gərginlik:

Vaşinqton-Ankara münasibətlərində "S-400" böhranı davam edir.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, ABŞ Türkiyəyə "Patriot" satmaq təklifini rəsmən geri çəkib.

Dövlət Departamentinin nümayəndəsi deyib ki, Türkiyə davamlı şəkildə "S-400" hava müdafiə sistemi alsa, "Patriot" təklifini geri çəkəcəklər: "Bizim "Patriot"la bağlı təklifimizin vaxtı bitdi".

"Patriot" istehsal edən "Amerika Raytheon Co." firması isə məsələnin dövlət məsələsi olduğunu bildirərək açıqlama verməkdən çəkinib. "Patriot" təklifinin geri çəkilməsi Türkiyənin "S-400" almasına rəsmi Vaşinqtonun son cavabı kimi qiymətləndirilir.