Rusiyada kəskin istilərlə bağlı xəbərdarlıq edildi


Digərləri 23 Avq 2019 16:22:00 174 0

Rusiyada kəskin istilərlə bağlı xəbərdarlıq edildi

Rusiyanın Krasnodar diyarında güclü istilərlə əlaqədar xəbərdarlıq edilib

Bakı. Rusiyanın Krasnodar diyarında güclü istilərlə əlaqədar xəbərdarlıq edilib. Trend-in məlumatına görə, növbəti iki gün ərzində regionda 39 dərəcə isti gözlənilir. Soçi şəhərinin sakinlərinə və digər kurort bölgələrə səfər edən turistlərə ehtiyatlı olmaq, günorta saatlarında açıq havada gəzməmək tövsiyə edilib.