Yeni iPhoneun üç kamerası olacaq


Dünya 23 Avq 2019 15:49:00 191 0

Yeni iPhoneun üç kamerası olacaq

Apple bir sıra təkmilləşdirilmiş məhsulu, o cümlədən üç fotokameraya malik iPhone Pro telefonunu satışa çıxarmağa hazırlaşır, məlumatı Bloomberg yayıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, agentlik "Gələn ay Kaliforniyanın texnologiya nəhəngi üç yeni iPhone telefonunu anons edəcək. Çox güman ki, onların satışına sentyabrda başlanacaq", - bildirib. 

Qeyd edilir ki, yeni iPhone Pro-nun arxa panelindəki kamera təkmilləşdirilib, onun çəkiliş üçün üçüncü sensoru olacaq. Sensorlar eyni zamanda 3 şəkil çəkəcək və eyni zamanda süni intellekt əsaslı yeni proqram təminatından istifadə edərək kombinə edilmiş şəkli avtomatik korreksiya edəcək.

Agentlik həmçinin bildirib ki, iPhone XR-ı əvəzləyəcək yeni telefonların arxasında ikinci kamera olacaq, bu isə portret rejimini yaxşılaşdıraraq şəkli böyüdəndə keyfiyyətinin itməməsinə səbəb olacaq.

(adsgarden = window.adsgarden || []).push({});