Biləsuvar sakini Bakıdan maşın qaçırdı - Polis hərəkətə keçdi


Digərləri 23 Avq 2019 15:36:00 205 0

Biləsuvar sakini Bakıdan maşın qaçırdı - Polis hərəkətə keçdi

Xətai rayonu ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.İsmayılov saxlanılıb.

Bakı. Samir Əli - Xətai rayonu ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 22-də Xətai rayonu ərazisindən “Mercedes” markalı avtomobil qaçırılıb. Xətai RPİ 35-ci PB və Bakı şəhər DYPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini A.İsmayılov saxlanılıb.