İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib


Siyasət 23 Avq 2019 13:44:00 63 0

İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib

Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bəyanatda qeyd edilir:

Mərkəzdən Trend-ə daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlər Təşkilatı 22 avqustu din və etiqad zəminində zorakılıq aktları qurbanlarının Anım Günü olaraq təsis edib: "İstənilən zəmində və müstəvidə baş verən zorakılıq hallarını qətiyyətlə pisləyərək, din və etiqad mənsubiyyəti əsnasında zorakılıqla üzləşən insanlara dəstək olur, onlarla həmrəyliyimizi bildiririk. Dini mənsubiyyət və etiqadına görə insanların bu və ya digər zorakılıq halları ilə qarşılaşmasını önləmək, qarşısını qətiyyətlə almaq məramı ilə dünyanın siyasi, ictimai, elmi və dini institutları ilə əməkdaşlıq etməyə, səylərimizi birləşdirməyə hazır olduğumuzu bəyan edirik".

Bəyanatda qeyd olunur ki, XXI əsrdə dini etiqada görə zorakılığa məruz qalma təhlükəsi sivil dünyaya başıucalığı gətirmir. Təbii insan haqlarından olan din, etiqad azadlığının təmin olunması olduqca mühümdür. Bu sahədə hər hansı zor, təhdid qətiyyən yolverilməzdir: "Biz insanların məscidlərdə, kilsələrdə, sinaqoqlarda, digər dini məbədlərdə ibadət zamanı terror edilməsi kimi hallar ikrah və hiddət doğurur. Misirdə qibti zəvvarlara təcavüz, Fələstin, Suriya, Əfqanıstan, Liviyadakı durum, Yeni Zelandiya, Şri-Lanka, Pitsburqda və digər yerlərdə dini məbədlərdə törədilən mənfur terror hadisələri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir.

Biz din və etiqad zəminində zorakılıq aktları qurbanlarını yad edərkən, bir məqamı nəzərdən qaçırmamalıyıq ki, bu hallar insan qırğını ilə yanaşı, maddi və qeyri-maddi mədəni irsin məhvi ilə müşayiət olunur. Belə zorakılıq aktları insanlara fiziki zərbə ilə yanaşı, mənəvi zərbələr vurur, minilliklər ərzində formalaşmış dini-mənəvi irs abidələrini məhv etmək, mədəni ənənələri aradan qaldırmaq kimi məkrli niyyət güdür. Beləliklə, məhv edilən dini-mənəvi abidələr də din və etiqad zəminində zorakılıq aktlarınıın qurbanları kimi nəzərdən keçirilməlidir".

Bəyanatda vurğulanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş əzəli Azərbaycan torpaqlarında xalqımızın məhv edilən, siması dəyişdirilən dini mənəviyyat abidələri belə bir vandal münasibətlə üzləşib.

"Təəssüflər olsun ki, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlər çox vaxt nəzərə alınmır ki, bu da insan hüquqlarının təmin olunması sahəsində ikili standartlara yol açır. Məsələn, Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı anti-humanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilir ki, bu da din və etiqad zəminində zorakılıq aktı kimi səciyyələndirilə bilər", - deyə bəyanatda bildirilir.

Sənəddə qeyd olunur ki, sülh və ədalətin təmininə xidmət edən dəyərlər sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlər önəmli yer tutur: "Bu gün sülhün qorunması probleminin həllində, habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı vacibdir. Dünya çapında taleyüklü qərarlar verilərkən dünya dini liderlərinin mənəvi, dini-əxlaqi dəyərləndirmələri, müdrik tövsiyə və məşvərətlərinə ehtiyac var. Bu baxımdan, bu gün milli, irqi, dini ekstremizmi önləyə biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsi vacibdir.

Bütün dinlər zor və şiddətə yox deyir. Biz, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzinin üzləri dünyanın bütün siyasi və dini liderlərinə müraciət edərək, sülhün, sabitliyin qorunması naminə səylərini artırmağa, bu yolda dinlər, mədəniyyətlər arası əməkdaşlığın imkanlarından bəhrələnməyə çağırırıq. Bütün bu təzahürlərin aradan qaldırılması işində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığını vacib sayırıq".

Fransanın Azərbaycanda yeni səfiri təyin olundu like
  • 23 Avq 13:41  
Siyasət Fransanın Azərbaycanda yeni səfiri təyin olundu

Fransanın xarici işlər üzrə baş müşaviri Zaxari Qross Azərbaycanda föv

arrow Ətraflı
23 yaşlı oğlanı öldürüb, ailəsinə başsağlığı verdi like
  • 23 Avq 13:39  
Dünya 23 yaşlı oğlanı öldürüb, ailəsinə başsağlığı verdi

23 yaşlı oğlanı öldürən kişi ömürlük həbs cəzası alıb.

arrow Ətraflı
23 yaşlı oğlanı öldürüb, ailəsinə başsağlığı verdi like
  • 23 Avq 13:39  
Dünya 23 yaşlı oğlanı öldürüb, ailəsinə başsağlığı verdi

23 yaşlı oğlanı öldürən kişi ömürlük həbs cəzası alıb.

arrow Ətraflı
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub like
  • 23 Avq 13:37  
Digərləri Fransanın Azərbaycanda yeni səfiri təyin olunub

Fransanın xarici işlər üzrə baş müşaviri Zaxari Qross Azərbaycanda föv

arrow Ətraflı
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib like
  • 23 Avq 13:29  
Siyasət Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı pla

arrow Ətraflı
Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır like
  • 23 Avq 13:28  
Digərləri Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

Müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə

arrow Ətraflı
Yeni Ramanada quru ot sahəsi yanır like
  • 23 Avq 13:24  
Digərləri Yeni Ramanada quru ot sahəsi yanır

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində q

arrow Ətraflı
Torres bu gün son oyununa çıxacaq like
  • 23 Avq 13:23  
İdman Torres bu gün son oyununa çıxacaq

İspaniya yığmasının sabiq hücumçusu Fernando Torres futbol&cced

arrow Ətraflı
Milli Dram Teatrında “Şah Qacar” tamaşası nümayiş olunacaq (FOTO) like
  • 23 Avq 13:19  
Digərləri Milli Dram Teatrında “Şah Qacar” tamaşası nümayiş olunacaq (FOTO)

Sentyabrın 29-da Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşası nü

arrow Ətraflı
Şamaxıda 5 yaşayış məntəqəsinin yolu yenidən qurulur like
  • 23 Avq 13:19  
Digərləri Şamaxıda 5 yaşayış məntəqəsinin yolu yenidən qurulur

Şamaxı rayonunun Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı

arrow Ətraflı
Yanacaqdaşıyan maşında problem yolda tıxac yaratdı (FOTO) like
  • 23 Avq 13:12  
Digərləri Yanacaqdaşıyan maşında problem yolda tıxac yaratdı (FOTO)

Bakıda yük maşınında yaranan problem yolda sıxlığa səbəb olub.

arrow Ətraflı
91 yaşlı kişinin ağciyərindən çıxan like
  • 23 Avq 13:09  
Dünya 91 yaşlı kişinin ağciyərindən çıxan

Elazığda 91 yaşlı xəstənin nəfəs borusu ilə ağciyərinə keçən 10 s

arrow Ətraflı
İTVnin 25 yaşlı gözəli intim əlaqə videosunu paylaşdı like
  • 23 Avq 12:59  
Dünya İTVnin 25 yaşlı gözəli intim əlaqə videosunu paylaşdı

Britaniyanın İTV kanalında yayımlanan populyar "Love Island" (Sevg

arrow Ətraflı
"Unibank" biznes kreditinin faiz dərəcəsini bir qədər də azaltdı like
  • 23 Avq 12:52  
Digərləri "Unibank" biznes kreditinin faiz dərəcəsini bir qədər də azaltdı

İndi biznes sahibləri “Unibank”dan biznes kreditini 16 %-lə, girovsuz və

arrow Ətraflı