Torres bu gün son oyununa çıxacaq


İdman 23 Avq 2019 13:23:00 265 0

Torres bu gün son oyununa çıxacaq

İspaniya yığmasının sabiq hücumçusu Fernando Torres futbolçu karyerasını rəsmən başa vurur.

Goal.az xəbər verir ki, ulduz futbolçu bu gün vida oyununa çıxacaq. Sagan Tosu-nun formasını geyinən forvard Vissel Kobe ilə qarşılaşmada son dəfə meydana ayaq basacaq. Rəqibin heyətində isə digər ispaniyalılar - Andres İnyesta və David Vilya çıxış edir.

Qeyd edək ki, Avropa və dünya çempionu olan Fernando Torres karyerası ərzində 706 oyunda iştirak edib, 252 qol, 73 assistlə yadda qalıb.