Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır


Digərləri 23 Avq 2019 13:28:00 231 0

Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

Müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi etməlidirlər.

Bakı. Elçin Mehdiyev - Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya seçimi mərhələsi avqustun 23-də başa çatacaq. BŞTİ-dən Trend-ə verilən məlumata görə, avqustun 19-dan başlayan mərhələ bu gün saat 23:59:59-dək davam edəcək. Müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi etməlidirlər. Hər bir namizədə 5 yer seçmək hüququ verilir. Namizədlər arzu etdikləri vakansiyaları seçdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsi avqust ayının 26-dan başlayacaq.