Milli Dram Teatrında “Şah Qacar” tamaşası nümayiş olunacaq (FOTO)


Digərləri 23 Avq 2019 13:19:28 208 0

Milli Dram Teatrında “Şah Qacar” tamaşası nümayiş olunacaq (FOTO)

Sentyabrın 29-da Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşası nümayiş olunacaq.

Bakı. Sentyabrın 29-da Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar” pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq rəssamı Rafael Həsənov, elmi məsləhətçisi akademik Çingiz Qacardır. Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanıb. İkihissəli səhnə əsərində Əməkdar artist Abbas Qəhrəmanov (Ağa Məhəmməd şah Qacar), Xalq artisti Laləzar Mustafayeva (Ceyran xanım), Xalq artisti Sabir Məmmədov (Sadıq xan), aktyor Elnar Qarayev (Kərim xan Zənd), Əməkdar artistlər Anar Heybətov (Cəfərqulu xan), Aslan Şirin (Şeyx Cəfər Tonkabani), aktyor Mətləb Abdullayev (Məhəmməd Əli xan Bəylərbəyi) və digərləri çıxış edəcək.