Cocuq Mərcanlı kənd məktəbinin ilk buraxılış məzunu: BDU-ya qəbul olmayanda elə bilirsən imtahandan kəsilmisən (FOTO)


Digərləri 23 Avq 2019 13:05:01 63 0

Cocuq Mərcanlı kənd məktəbinin ilk buraxılış məzunu: BDU-ya qəbul olmayanda elə bilirsən imtahandan kəsilmisən (FOTO)

Bakı Dövlət Universiteti bir tərbiyə, rahatlıq ünvanı, başı min bəlalar çəksə də, heç vaxt öz soy-kökündən, dilindən uzaq düşməmiş bir xalqın möhtəşəm elm, təhsil məbədidir.

Bakı. Bakı Dövlət Universiteti bir tərbiyə, rahatlıq ünvanı, başı min bəlalar çəksə də, heç vaxt öz soy-kökündən, dilindən uzaq düşməmiş bir xalqın möhtəşəm elm, təhsil məbədidir. Adama elə gəlir ki, sanki, hara getsən, yol Universitetdən başlayır və bütün dünyanı dolaşsan da, gəzsən də, yenə yolların gəlib ona çıxır. Ancaq Universitet – o boyda binalar, korpuslar, rektor, akademiklər, prosessorlar, ən sıravi əməkdaşlar belə uzaqdan səni çağırırsa, əl uzadırsa, səsləyirsə, demək, bu, daha böyük əxlaq, daha böyük tərbiyədir, ən əsası isə Universitet Qarabağa qayıdış üçün səni ağuşuna çağıran, yetişdirən, formalaşdıran bir məktəbdir, sonra yenidən öz ünvanına, məsələn, Cocuq Mərcanlı avtobusuna mindirirsə, demək, doğrudan da, Bakı Dövlət Universiteti elm, təhsil tərbiyə yolunu hələ də həvəslə, böyük ruh yüksəkliyi ilə gedir. Ölkənin bütün region, bölgələrindən Bakı Dövlət Universitetinə hər il yüzlərlə, minlərlə tələbə qəbul olunur, ancaq Universitet bəlkə də ən sevincli günlərini yaşayır ki, məhz Cocuq Mərcanlıdan - işğaldan azad olunmuş kənd məktəbinin ilk buraxılışının məzunlarından bir neçəsi tələbə adını qazanıb. Vətəni müharibə, silah, top-tüfənglə geri alırsan, təbiidir, adam sevinir, ancaq işğaldan azad etdiyin kəndin məktəbindən hansısa bir şagird universitetə, özü də məhz Bakı Dövlət Universitetinə qəbul olursa, silahla, fiziki güclə geri qaytarılan Vətəni həm də ruhən, mənəvi cəhətdən özündə hiss edirsən. Məsələn, gələn il hansısa Cocuq Mərcanlı şagirdi universitetə qəbul olacaqsa, daha sən bunu indiki coşqu, sevinc hissi ilə qarşılamaycaqsan, çünki elə biləcəksən ki, Bakıdan, Gəncədən, Naxçıvandan, Ağdaşdan, İmişlidən, Şəkidən kimsə univrsitetə girib. Yəni onu da təbii bir şey kimi qəbul edəcəksən... Əlbəttə, bir gün Şuşa, Laçın, Kəlbəcər və yaxud, babası Xocalıda şəhid olmuş bir tələbə də bu il Bakı Dövlət Universitetinə qəbul olmuş Cocuq Mərcanlı şagirdi Türkanə kimi danışacaq: - Mən anadan olanda Cocuq Mərcanlı işğal olunmuşdu, oranı heç vaxt görməmişdim. Sonra dedilər ki, Prezidentimiz bizim kəndimizə səfər edib. Bir az uşaq olsam da, yadıma gəlir, valideynlərim, mən də çox sevindim. Mən Biləsuvar rayonunda oxuyurdum, heç vaxt inanmazdım ki, orta məktəbi Cocuq Mərcanlıda bitirərəm... - Maraqlıdır, məhz Bakı Dövlət Universitetini istəyirdin? - Hə... - Niyə? - Çünki qürurvericidir, köklü universitetdir, ona görə. Düzü, mənə elə gəlir ki, adam Bakı Dövlət Universitetinə qəbul olmayanda elə bilir imtahandan kəsilib, universitetə girməyib. (gülümsəyə-gülümsəyə deyir) Çıxarış: Həziyev Zamin Mətləb oğlu Cəbrayıl rayon Cocuq Mərcanlı kənd orta məktəbinin direktorudur. Gəncdir, 38 yaşı var. Cocuq Mərcanlı kəndi işğal olunanda Zamin müəllimin təxminən 8-9 yaşı vardı. O da Türkanə kimi xoşbəxt və inamlı danışırdı. Məktəb şəhid Novruz Aslanov adını daşıyır. Zamin müəllim işğaldan azad olunmuş məktəbin ilk direktorudur, o, 11 sinfi olan məktəbə 2017-ci ilin sentyabrından rəhbərlik edir. Və qeyd etdiyimiz kimi, kənd məktəbi işğaldan azad olunduqdan sonra onun məzunlarının biri Bakı Dövlət Universitetinin fizika, o biri Azərbaycan Dövlət Pedeqoji Universitetinin İnformatika fakültəsinin, digərləri isə kollec tələbəsi adını qazanıb. Haqqında danışdığımız Mehdiyeva Türkanə Fəxrəddin qızı Bakı Dövlət Universitetində oxuyacaq. Burada həmişə insanları gələcəyə, mübarizəyə, haqq-ədalətə səsləyən bir zəng səsi var. O zəng müqəddəsdir. Türkanə 9-cu sinifə kimi Biləsuvar rayonunda oxumuşdu, özünün dediyi kimi, heç ağılına da gətirməzdi ki, Biləsuvardan Cocuq Mərcanlıya, ordan Bakıya, ordan da Bakı Dövlət Universitetinə gələcək. Türkanənin oxuduğu Cocuq Məcanlı kənd məktəbini bir çox qurumlar, o cümlədən Bakı Dövlət Universitetinin kollektivi ziyarət edib və...
İTVnin 25 yaşlı gözəli intim əlaqə videosunu paylaşdı like
  • 23 Avq 12:59  
Dünya İTVnin 25 yaşlı gözəli intim əlaqə videosunu paylaşdı

Britaniyanın İTV kanalında yayımlanan populyar "Love Island" (Sevg

arrow Ətraflı
"Unibank" biznes kreditinin faiz dərəcəsini bir qədər də azaltdı like
  • 23 Avq 12:52  
Digərləri "Unibank" biznes kreditinin faiz dərəcəsini bir qədər də azaltdı

İndi biznes sahibləri “Unibank”dan biznes kreditini 16 %-lə, girovsuz və

arrow Ətraflı
Arsenal-dan 2 futbolçu göndərilir like
  • 23 Avq 12:50  
İdman Arsenal-dan 2 futbolçu göndərilir

Arsenal iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. 

arrow Ətraflı
Nazir müavini: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var like
  • 23 Avq 12:46  
Digərləri Nazir müavini: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllimlərin işə qəbulu

arrow Ətraflı
40 dərəcə isti olacaq  HAVA PROQNOZU like
  • 23 Avq 12:44  
Digərləri 40 dərəcə isti olacaq HAVA PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib (FOTO/VİDEO) like
  • 23 Avq 12:40  
Digərləri Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib (FOTO/VİDEO)

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı pla

arrow Ətraflı
“Təyyarəni Ağdam avtobusuna çevirən Röya” like
  • 23 Avq 12:39  
Şou-biznes “Təyyarəni Ağdam avtobusuna çevirən Röya”

Əməkdar artist Röya Ayxan ötən gün Naxçıvanda konsert verib.

arrow Ətraflı
Sabah 40 dərəcə isti olacaq like
  • 23 Avq 12:37  
Digərləri Sabah 40 dərəcə isti olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
İnsan gözündən daha üstün olan linza hazırlandı like
  • 23 Avq 12:34  
Digərləri İnsan gözündən daha üstün olan linza hazırlandı

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni ə

arrow Ətraflı
Kürdəxanıda iki maşın toqquşdu, ölən var like
  • 23 Avq 12:34  
Digərləri Kürdəxanıda iki maşın toqquşdu, ölən var

Bakıda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.

arrow Ətraflı
Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı like
  • 23 Avq 12:29  
Digərləri Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər

arrow Ətraflı
“İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb like
  • 23 Avq 12:28  
Digərləri “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələnin yenidən mediada

arrow Ətraflı
"Qəbələ"nin futbolçusu Küveyt klubuna keçdi like
  • 23 Avq 12:25  
İdman "Qəbələ"nin futbolçusu Küveyt klubuna keçdi

“Qəbələ”nin yarımmüdafiəçisi Kamal Mirzəyev karyer

arrow Ətraflı
Metroda qadınların cinsiyyət orqanını çəkən like
  • 23 Avq 12:24  
Dünya Metroda qadınların cinsiyyət orqanını çəkən

İspaniyada 555 qadının ətək altı görüntülərini çəkən manyak cinay

arrow Ətraflı
Metroda qadınların cinsiyyət orqanını çəkən like
  • 23 Avq 12:24  
Dünya Metroda qadınların cinsiyyət orqanını çəkən

İspaniyada 555 qadının ətək altı görüntülərini çəkən manyak cinay

arrow Ətraflı