"Qəbələ"nin futbolçusu Küveyt klubuna keçdi


İdman 23 Avq 2019 12:25:00 222 0

"Qəbələ"nin futbolçusu Küveyt klubuna keçdi

“Qəbələ”nin yarımmüdafiəçisi Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək. 

Goal.az xəbər verir ki, 24 yaşlı futbolçu bu ölkənin yüksək liqa təmsilçisi “Əl-Salmiyə” klubu ilə anlaşıb.

Artıq tərəflər 1 illik rəsmi müqaviləyə imza atıblar. Mirzəyev yeni komandasında 18 nömrəli formanı geyinəcək.

“Əl-Salmiyə” bu yay Bakıda təlim-məşq toplanışında olub, bir neçə klubumuzla yoxlama oyununda qüvvəsini sınayıb. 

Qeyd edək ki, Kamal Mirzəyev "Qəbələ"yə bu yay "Zirə"dən keçmişdi.