Kürdəxanıda iki maşın toqquşdu, ölən var


Digərləri 23 Avq 2019 12:34:00 203 0

Kürdəxanıda iki maşın toqquşdu, ölən var

Bakıda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.

Bakı. Samir Əli - Bakıda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 22-də saat 10 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Hüseynovun idarə etdiyi “Cherry” və Mərdan Paşayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Xəstəxanaya yerləşdirilmiş M.Paşayev orada ölüb.