General Hacı Əliyevin rütbəsini artırdı


Digərləri 23 Avq 2019 12:14:00 273 0

General Hacı Əliyevin rütbəsini artırdı

Azərbaycanın sərbəst güləş üzrə millisinin üzvü, eyni zamanda Sərhəd Qoşunlarının zabiti olan Hacı Əliyevə növbəti hərbi rütbə verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin əmri ilə baş leytenant rütbəsinə layiq görülüb.

Bunadək leytenant rütbəsini daşıyan üçqat dünya və Avropa çempionu olan güləşçimizə növbəti rütbəsi vaxtından əvvəl verilib.