Liverpool Manchester United-ə məxsüs rekordu qırmağa hazırlaşır


İdman 23 Avq 2019 12:01:00 293 0

Liverpool Manchester United-ə məxsüs rekordu qırmağa hazırlaşır

 Liverpool İngiltərə futbolu tarixində ən sərfəli texniki sponsorluq müqaviləsi bağlamağa hazırlaşır.

Goal.az  “Forbes”ə istinadən xəbər verir ki, artıq 5 ildir “New Balance” idman geyimləri şirkəti ilə əməkdaşlıq edən və buna görə illik 50 milyon avro qazanan klub “Nike” ilə anlaşıb.

Mersisaydlıların 2020/2021 mövsümündən etibarən “Nike” şirkətinin məhsullarından istifadə edəcəyi və rekord məbləğ alacağı bildirilir.

Qeyd edək ki, hazırda İngiltərədə texniki sponsordan ən çox gəlir əldə edən klub Manchester United-dir. “Qırmızı şeytanlar” “Adidas”la əməkdaşlığa görə illik 82 milyon avro qazanırlar. Dünyada isə ən çox gəliri İspaniya təmsilçisi Barcelona götürür. “Nike” kataloniyalılara illik 109 milyon avro verir.