Ambulans iki minik avtomobili ilə toqquşdu:


Dünya 23 Avq 2019 11:34:00 218 0

Ambulans iki minik avtomobili ilə toqquşdu:

Türkiyənin Kütahya vilayətində ambulansın və iki minik avtomobilinin iştirakı ilə baş verən zəncirləmə yol qəzasında 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Son.az avtosfer.az-a istinadən məlumat verir ki, hadisə Kütahya-Çavdarhisar avtomagistralında qeydə alınıb. Məlumata görə, adı və qeydiyyat dövlət qeydiyyat nişan nömrəsi müəyyənləşməyən təcili tibbi yardım maşını Yalnızsaray qovşağında 2 minik avtomobili ilə toqquşub. Nəticədə ambulansda vəziyyəti ağır olan xəstə ilə minik maşınında olan 1 nəfər hadisə yerində həyatlarını itiriblər. 3-ü səhiyyə əməkdaşı olmaqla, 5 nəfər isə yaralanıb. Onlar qəza yerinə gələn təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.