İranın bu 4 şəhəri böhranlı vəziyyətdədir


Digərləri 23 Avq 2019 10:56:08 158 0

İranın bu 4 şəhəri böhranlı vəziyyətdədir

İranın cənub-qərbində yerləşən Fars vilayətinin 4 şəhəri su təminatı baxımından böhranlı vəziyyətdədir

Bakı. Elnur Bağışov - İranın cənub-qərbində yerləşən Fars vilayətinin 4 şəhəri su təminatı baxımından böhranlı vəziyyətdədir. Bunu İranın Fars vilayətinin Su və Kanalizasiya Şirkətinin icra direktoru Məhəmməd Əli Qələndəri deyib. M.Qələndərinin sözlərinə görə, 2017-ci ildə Fars vilayətinin su problemi olan şəhərlərinin sayı 19 idi. Ötən il isə bu rəqəm 9 şəhərə qədər azalıb.