Qadın voleybolçularımız Avropa Çempionatında ilk oyununu keçirəcək


İdman 23 Avq 2019 10:49:00 41 0

Qadın voleybolçularımız Avropa Çempionatında ilk oyununu keçirəcək

Bu gün qadın voleybolçular arasında Avropa çempionatı start götürür.

Bu xəbəri də oxu: Neymarın cəzası azaldıldı

Goal.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı C qrupunun oyunları Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq. Covanni Kapraranın rəhbərlik etdiyi yığma ilk matçını bu gün Xorvatiya kollektivinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-a təyin olunub.

İtaliyalı mütəxəssis yarış ərzində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Mariya Kirilyuk, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyevadan ibarət “12-lik”dən yararlanacaq.

Xorvatiya ilə yanaşı, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alan yığma tarixinin 8-ci Avropa çempionatında iştirak edəcək. Milli indiyədək qitə birinciliyində mükafatçılar sırasına düşməsə də, 2 dəfə buna yaxın olub. Komanda debüt etdiyi 2005-ci ildə və ev sahibi olduğu son çempionatda yarımfinala qədər irəliləsə də, 4-cü yerlə kifayətlənib.

Qeyd edək ki, qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Milli 31-ci dəfə təşkil olunacaq yarışda bunu bacarsa, A qrupunun komandaları ilə qarşılaşacaq. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Qrup mərhələsi23-29 avqust

A qrupu (Türkiyə, Ankara): Fransa, Bolqarıstan, Serbiya, Finlandiya, Türkiyə, Yunanıstan

B qrupu (Polşa, Lodz): Belçika, Ukrayna, İtaliya, Portuqaliya, Polşa, Sloveniya

C qrupu (Macarıstan, Budapeşt): Azərbaycan, Xorvatiya, Hollandiya, Rumıniya, Macarıstan, Estoniya

D qrupu (Slovakiya, Bratislava): İsveçrə, Almaniya, Belarus, Rusiya, Slovakiya, İspaniya

C qrupu
23 avqust

17:00. Xorvatiya - Azərbaycan

19:30. Hollandiya - Rumıniya

22:30. Macarıstan - Estoniya

24 avqust

20:00. Estoniya - Xorvatiya

22:30. Rumıniya - Macarıstan

25 avqust

17:30. Azərbaycan - Hollandiya

20:00. Estoniya - Rumıniya

26 avqust

20:00. Hollandiya - Xorvatiya

22:30. Macarıstan - Azərbaycan

27 avqust

20:00. Hollandiya - Estoniya

22:30. Rumıniya - Xorvatiya

28 avqust

17:30. Azərbaycan - Estoniya

20:00. Xorvatiya - Macarıstan

29 avqust

17:30. Rumıniya - Azərbaycan

20:00. Macarıstan - Hollandiya

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır (FOTO) like
  • 23 Avq 10:46  
Digərləri “Nar”ın abunəçi bazası sürətlə artmaqdadır (FOTO)

“Nar” 2019-cu ilin 6 ayı ərzində əldə etdiyi nailiyyətlər barədə a

arrow Ətraflı
Könül Kərimova Cabbara qadağa qoyub? like
  • 23 Avq 10:39  
Şou-biznes Könül Kərimova Cabbara qadağa qoyub?

Əməkdar artist Mətanət İsgəndərli bəstəkar Cabbar Musayevin Könül Kə

arrow Ətraflı
Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır like
  • 23 Avq 10:36  
Digərləri Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər

arrow Ətraflı
Bakıda kafe yanıb like
  • 23 Avq 10:34  
Digərləri Bakıda kafe yanıb

Suraxanı rayonunda kafe yanıb.

arrow Ətraflı
Bikinisi Hülya Avşarın qızını pis vəziyyətdə qoydu like
  • 23 Avq 10:29  
Digərləri Bikinisi Hülya Avşarın qızını pis vəziyyətdə qoydu

Türkiyəli müğənni və aktrisa Hülya Avşarın qızı Zehra Çilingiroğlu

arrow Ətraflı
Bikinisi Hülya Avşarın qızını pis vəziyyətdə qoydu like
  • 23 Avq 10:29  
Digərləri Bikinisi Hülya Avşarın qızını pis vəziyyətdə qoydu

Türkiyəli müğənni və aktrisa Hülya Avşarın qızı Zehra Çilingiroğlu

arrow Ətraflı
Diqqət! Bakıda bəzi küçələrdə rənglənmə işləri aparılacaq like
  • 23 Avq 10:22  
Digərləri Diqqət! Bakıda bəzi küçələrdə rənglənmə işləri aparılacaq

Yasamal rayonu, Mirzə Fətəli Axundov bağının ətrafı, Səid Rüstəmov v

arrow Ətraflı
Azərbaycanlı aktrisa ana olacaq like
  • 23 Avq 10:19  
Şou-biznes Azərbaycanlı aktrisa ana olacaq

Aktrisa Cəmilə Tağızadə ana olmağa hazırlaşır.

arrow Ətraflı
TAP üçün mikrotunelin tikintisi çərçivəsində torpaq işləri başa çatıb like
  • 23 Avq 10:17  
Digərləri TAP üçün mikrotunelin tikintisi çərçivəsində torpaq işləri başa çatıb

İtaliyanın Melendunyo şəhərində Trans-Adriatik boru kəməri (TAP) üçün

arrow Ətraflı
"Çoxsaylı qol imkanlarından yararlana bilmədik” - Qurban Qurbanov like
  • 23 Avq 10:12  
İdman "Çoxsaylı qol imkanlarından yararlana bilmədik” - Qurban Qurbanov

"Futbolda nadir hallarda belə şeylər olur. Çoxsaylı qol imkanlarımı

arrow Ətraflı
TAP üçün mikrotunelin tikintisi çərçivəsində torpaq işləri başa çatıb like
  • 23 Avq 10:07  
Digərləri TAP üçün mikrotunelin tikintisi çərçivəsində torpaq işləri başa çatıb

İtaliyanın Melendunyo şəhərində Trans-Adriatik boru kəməri (TAP) üçün

arrow Ətraflı