"Çoxsaylı qol imkanlarından yararlana bilmədik” - Qurban Qurbanov


İdman 23 Avq 2019 10:12:00 327 0

"Çoxsaylı qol imkanlarından yararlana bilmədik” - Qurban Qurbanov

"Futbolda nadir hallarda belə şeylər olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik”

Goal.az xəbər verir ki, bu fikirləri Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov Şimali İrlandiyada Linfield-ə uduzduqları (2:3) Avropa Liqasının "play-off" mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, rəqib qol epizodlarından yox, standart vəziyyətlərdən fərqlənib:

“Bu futboldur, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq".