TAP üçün mikrotunelin tikintisi çərçivəsində torpaq işləri başa çatıb
Digərləri 23 Avq 2019 10:07:00 268 0
İtaliyanın Melendunyo şəhərində Trans-Adriatik boru kəməri (TAP) üçün mikrotunelin tikintisi çərçivəsində torpaq işəri başa çatıb
Bakı. Ləman Zeynalova -
İtaliyanın Melendunyo şəhərində Trans-Adriatik boru kəməri (TAP) üçün mikrotunelin tikintisi çərçivəsində torpaq işəri başa çatıb.
Bu barədə Trend-ə TAP konsorsiumundan bildiriblər.
Məlumatda qeyd olunur ki, işlərin 90 faizə yaxını icra olunub və TAP marşrutu boyunca torpaqların böyük hissəsi bərpa edilib:
“Mikrotunelin tikintisi çərçivəsində dəniz dibinin monitorinqi Melendunyo sahilinin ekosistemi barədə daha çox məlumat öyrənməyə imkan verdi. Marşrut boyunca boru kəmərinin qoyulmasının təmin olunması üçün xüsusi texnologiyadan istifadə olunacaq. Məsafədən idarə olunan sualtı qayıq real vaxt rejimində borudöşəmə gəmisinə zəruri məlumatları çatdıracaq”.
Mənbə: az.trend.az