Azərbaycanın bəzi ərazilərində qaz olmayacaq


Digərləri 23 Avq 2019 09:41:00 235 0

Azərbaycanın bəzi ərazilərində qaz olmayacaq

Bəzi yerlərdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb.

Bakı. Elçin Mehdiyev - Bu gün səhər saat 09:00-dan qaz təchizatı şəbəkəsində aparılan texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Samux rayonunun mərkəzində və bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərinin bir hissəsində də qaz olmayacaq. Bu müddət ərzində qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq. Saat 10.00-dan 16:00-dək Qobustan rayonunun bir neçə kəndində qaz təchizatının dayandırılması isə orta təzyiqli yeraltı qaz xətlərinin kipliyə sınaq işləri ilə bağlıdır. Bu gün səhər saatlarından, həmçinin, Ağsuda bir müddət əvvəl zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinə başlanılacaq.