“Siyasi riyakarlıq siyasətçinin peşəsidir”


Digərləri 23 Avq 2019 09:29:00 220 0

“Siyasi riyakarlıq siyasətçinin peşəsidir”

"Mən bildirmişdim ki, dəfn mərasimi hökumətin dəstəyi ilə keçiriləcək. Üzrxahlıq edərək siyasi partiyalardan xahiş etmişdim ki, mərasimə qatılmasınlar. Amma mərhumun 3 və 7 mərasimləri "Heydər" məscidində keçirilir. Kim istəyirsə, iştirak edə bilər". 

Son.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a qəzaya uğrayan MİQ29 təyyarəsinin mərhum pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynli məlum çağırışına görə tənqid edilməsinə də sərt münasibət bildirib.  "Hadisə baş verən gündən bir dəfə zəng vurmayıblar, maraqlanmayıblar. Amma sonra dəfn mərasiminə şərik çıxmaq istəyirlər. Bu mənəvi haqqı sizə kim verib? Bu sözlərim bütün siyasi partiyalara aiddir", - deyə keçmiş müşavir bildirib.

Qabil Hüseynli "Bu çağırış hansı zərurətdən yaranmışdı"sualına cavab olaraq deyib ki, onda dəfn mərasiminə siyasi çalar qatılacağı barədə məlumat olub. "Mən dəfn mərasimini siyasiləşdirilməsinin əleyhinəyəm" deyən keçmiş müşavir məlumatı haradan əldə etdiyini və mərasimə siyası rəng qatmaq niyyətində olanların konkret olaraq hansı təşkilatın olduğunu deməyib. 

"Mən 15 il müxalifətin sıralarında olmuşam. Təcrübədən çıxış edərək, dəfn mərasininə siyası rəng qatılacağı barədə ehtimalları nəzərə alaraq bu çağırışı etmişəm. Siyasiləşdirmək istəmirlərsə, buyurub 3-7 mərasimində iştirak etsinlər", - deyə keçmiş müşavir əlavə edib.