"Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb


Digərləri 23 Avq 2019 09:22:00 233 0

"Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb

Paytaxtın Nərimanov rayonundakı "Taxta bazarı" kimi tanınan ərazidə baş verən yanğınla əlaqədar xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb.

Bakı. Samir Əli - Paytaxtın Nərimanov rayonundakı "Taxta bazarı" kimi tanınan ərazidə baş verən yanğınla əlaqədar xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzə çatdırılan Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının vəziyyətləri tam normallaşdığından xəstəxanadan buraxılıb. Hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət yoxdur.