Britaniya sahil mühafizəsi 50 miqrantı xilas edib


Digərləri 23 Avq 2019 08:41:00 219 0

Britaniya sahil mühafizəsi 50 miqrantı xilas edib

Böyük Britaniyanın sərhədçiləri və sahil mühafizəsi xidmətinin əməkdaşları La-Manş boğazında 50 miqrantı xilas ediblər

Bakı. Böyük Britaniyanın sərhədçiləri və sahil mühafizəsi xidmətinin əməkdaşları La-Manş boğazında 50 miqrantı xilas ediblər. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, xilas edilən miqrantlar Fransadan Birləşmiş Krallığın ərazisinə keçməyə çalışırmışlar. Bildirilir ki, miqrantlar Kent və Sasseks qraflıqlarının sahillərində xilas ediliblər. Onların xilas edilməsi üzrə əməliyyata bir neçə gəmi və helikopter cəlb edilib.