Dünyanın ən qədim romanı bu ölkədə yazılıb


Digərləri 23 Avq 2019 08:20:00 181 0

Dünyanın ən qədim romanı bu ölkədə yazılıb

Murasaki Şikibunun "Gencinin hekayəsi" əsərinin dünyada qələmə alınmış ilk roman olduğu bildirilir. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu qənaəti Harvard Universitetinin yapon incəsənəti və mədəniyyəti üzrə professoru Melissa MakKormik bölüşüb.

Min il bundan əvvəl (1001-ci ildə) yazılmış bu əsər və onun ardından Murasaki Şikibunun Hikaru Gencinin həyatına həsr etdiyi digər əsərləri dünya ədəbiyyatının şedevrlərindən sayılır. Əvvəlcə To-Şikubu adlanan bu şairə və yazıçı məhz romandakı Murasaki obrazına görə eyni ada layiq görülüb. Heyan dövründə (794-1185-ci illər) yapon adətlərinə görə qadınların adı olmadığından, yazıçı sonradan qəhrəmanın adı ilə tanınıb.

Professor MakKormik qeyd edib ki, "Gencinin hekayəsi" dünyada tayı-bərabəri olmayan şöhrət qazanıb. Belə ki, 1925-ci ildə Artur Valenin tərcümə etdiyi əsər sonradan bir neçə dəfə ingiliscəyə, habelə bir çox dillərə tərcümə edilib. Onun sonuncu nəşri isə 1300 səhifədən ibarətdir.

(adsgarden = window.adsgarden || []).push({});