Türkiyə İdlibdəki müşahidə məntəqələri möhkəmləndirir


Dünya 23 Avq 2019 08:16:00 297 0

Türkiyə İdlibdəki müşahidə məntəqələri möhkəmləndirir

Türkiyə Suriyanın şimal-qərbində yerləşən deeskalasiya zonasına əlavə zirehli texnika, hərbçilər və silah göndərib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, göndərilən zirehli texnika və hərbi heyət İdlibdəki müşahidə məntəqələrinin möhkəmləndirilməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Astana razılaşmalarına əsasən deeskalasiya zonasında Türkiyə Silahlı Qüvvələrinin 12 müşahidə məntəqəsi yaradılıb.